Misli Premyer Liqası klublarının uşaq və gənclər sektoru üçün ayrılan vəsait artıb.
90deqiqe.Az-ın məlumatına görə, 2024/2025 mövsümündə bu məbləğ 6 milyon 622 min 262 manat təşkil edib. Ötən mövsümdə isə bu rəqəm 5 milyon 811 min 726 manat idi.
Qeyd edək ki, bu gün milli assosiasiyanın Hesabat Konfransı keçirilib.