EN

ABŞ Ukrayna ilə bağlı qərar verdi: Gələn ildən etibarən...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ federal büdcə layihəsində 2027-ci il üçün Kiyevə heç bir vəsait ayrılması nəzərdə tutulmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, 92 səhifəlik sənəddə “Ukrayna” və “Kiyev” sözləri bir dəfə də olsun işlədilməyib. ABŞ administrasiyası maliyyə planına Kiyevə yardım üçün heç bir xərci, silah və sursat təchizatını, eləcə də əlavə nağd tranşları daxil etməyib.

Eyni zamanda, Vaşinqton hərbi büdcəsini rekord həddə çatdıraraq 1,5 trilyon dollara çatdırmaq niyyətindədir.

Xüsusilə, layihədə ordu və donanma üçün 34 gəminin tikintisinə 65,8 milyard dollar ayrılıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
globalinfo.az

1Sources