Bakı. Trend:
Şəhər şosesində (Zabrat-Maştağa yolu) aparılan təmir işləri iləəlaqədar bir neçə marşrut xəttində ləngimələr yarana bilər.
Trend xəbər verirki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumatyayıb.
Bildirilib ki, 40, 55, 54, 105, 107, 107A, 131, 139, 148, 163,166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173Bvə M8 nömrəli marşrutların hərəkətində gecikmələr mümkündür.
Qurum sərnişinlərdən səfərlərini planlaşdırarkən bu məqamınəzərə almalarını xahiş edib.