EN

Sabah bizdən daha istəkli görünürdü Qurban Qurbanov

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.

"Unikal" xəbər verir, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, hər iki komandanın meydanda layiqli mübarizə apardığını bildirib: "Biz məğlub olsaq da, azarkeşlərin oyunlarımızdan zövq almasını istəyirəm. "Sabah"a gəlincə, sonadək oyunda qalmağı bacardı. Bəlkə də onlar bizdən daha istəkli görünürdülər. Futbolçular da meydanda bir-birlərini yaxşı başa düşürlər".

Baş məşqçi Aleksey Kaşuk üçün "Sabah"dan təklif almadıqlarını söyləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
8
unikal.az

9Sources