EN

“Təki azarkeşlər zövq alsın, uduzsaq da, olar” Qurban Qurbanov

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ” “Sabah”la matçda “sülh”ə razılaşdı. “Football-plus.az” Qurban Qurbanovun mətbuat konfransından hesabatı təqdim edir.- Azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm atmosfer var idi. Futbolçular azarkeşlərə layiq oynadı. Dinamik oyun alındı. Əsl kubok oyunu idi. Cavab oyununa hazırlaşmalıyıq.- Baş hakim təyinatı açıqlananda narahatlıq hiss etdiz?- Qətiyyən. - Oyundan sonra da?- Yəqin ki, yaxşı oyunlar idarə edir deyə təyin ediblər.- Kaşukun “Sabah”a transfer olunacağı deyilir. Şans qazana bilmir?- “Sabah” söhbəti yoxdu. Şans verilir yetərincə. - “Qarabağ” kuboka görə çempionatı, çempionata görə kuboku qurban verə bilər? Yəqin ki, hədəf kimi minimum bir titul var. - Belə düşüncəmiz yoxdu. Təki azarkeşlər zövq alsın, uduzsaq da, olar. Olacaq, olacaq, olmayacaq, olmayacaq.- Əsas çatışmazlıq nə idi ki, qalib gələ bilmədiz?- Qarşımızda yaxşı komanda var idi. Sonadək dözən kollektivdi. Onların istəyi bəlkə də bizdən daha yuxarıdı. Dekabra qədər yorğun idik. Son iki “Sabah”la oyunda motivasiya yüksəkdi. Bir-birini tamamlayan komandadı. Səbəb qarşımızdakı rəqibdi.- Azarkeşlər çox idi. Demək olar ki, maraqlı oyuna gəlirlər?- Bu azarkeşlər gəlsə, istənilən oyun yaxşı olacaq. Futbolçular daha məsuliyyətli olacaq. - Özünüzü avrokubok oyununda hiss etdiz?- Var idi belə ab-hava. Təsnifat mərhələlərindən daha çox azarkeş var idi bəlkə də.- Oyundan sonra Elvinlə Zedadkanı barışdırdız.- Epizodu görməmişdim. Futbolçu aqressivliyidi. Mübahisə futbolu bəzəyir. Futbol xarakter oyunudu. Zedadka hirsləndi. Barışdıran kimi etdim, bilmirəm.- Dambrauskasla son oyundakı mübahisə haqda danışırdız?- Yox, keçən oyundan danışmadıq. Olan orda qalıb. Dambrauskasla futbol haqda danışmışıq həmişə. Bizim işimizə o, onların işinə mən dəyər vermişəm. Centlmensayağı danışıq idi. - AFFA-nın iki ildəki işlərini veteran futbolçu kimi necə qiymətləndirirsiz?- Normal. Yeni ideya olanda gözləmək lazımdı. Yeni düşüncə, beyin varsa, bu ancaq maraqlı ola bilər. MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources