EN

İran əməliyyatında məxfilik taktikası: Trampın etibarlı çevrə filtri

ABŞ prezidenti Donald Tramp İrandakı əməliyyatın başlamasından bir gün əvvəl keçirilən görüşdə, məlumat sızması qorxusu səbəbindən köməkçilərini aldadıb.

Ölkə.Az xəbər verir ki, bu barədə The Time jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, fevralın 27-də Tramp Mar-a-Laqodakı mülkünə gəlib və burada müvəqqəti operativ mərkəzdə onun köməkçiləri toplaşıb.

Trampı orada iştirak edənlərin sayı qəzəbləndirib: onların arasında tanımadığı və ya kifayət qədər yaxından tanış olmadığını hesab etdiyi şəxslər var idi.

"Müəyyən bir məqamda prezident kəskin şəkildə əməliyyatın ləğv edildiyini bəyan etdi. O, bu barədə düşünməyə davam edəcəyini bildirdi", — deyə materialda qeyd olunub.

Vurğulanır ki, bu bəyanatdan sonra otaq boşalıb və Tramp əməliyyatın başladığı an yanında olmaq istədiyi daha kiçik və etibarlı şəxslər qrupunu yanına çağırıb.

Chosen
22
1
olke.az

2Sources