EN

Kartınızı bankomata taxmazdan əvvəl bunu edin

Son dövrlərdə ATM-lərdə fərq edilmədən qurulan gizli tələlər vətəndaşların kart və şifrə məlumatlarını sürətlə kopyalayaraq böyük itkilərə yol açır. Mütəxəssislər kartınızı daxil etməzdən əvvəl edilməsi lazım olan çox sadə, lakin həyati bir nəzarət üsuluna diqqət çəkirlər.

KONKRET.az xəbər verir ki, təhlükəsizlik kamerası və vəzifəli şəxs olmayan kimsəsiz nöqtələrdəki ATM-lər fırıldaqçıların ən çox üstünlük verdiyi hədəfə çevrilib.

Fırıldaqçılar kart giriş yuvasına kənardan demək olar ki, heç fərq edilməyən sahte aparatlar (skimmerlər) quraşdırırlar. Bu qurğular kartın maqnit lentini və çip məlumatlarını olduğu kimi kopyalaya bilir. Proses saniyələr içində baş verdiyi üçün istifadəçilər adətən heç nə hiss etmirlər.

Bir çox bank artıq ATM əməliyyatlarında QR kod sistemini işə salıb. Fiziki kartdan istifadə etmədən əməliyyat aparmağa imkan verən bu üsul kartın kopyalanma riskini böyük ölçüdə aradan qaldırır. Həm sürətli, həm də kifayət qədər təhlükəsiz olan QR kod fırıldaqçılığa qarşı effektiv bir alternativ kimi önə çıxır.

Mütəxəssislər kartınızı ATM-ə taxmazdan dərhal əvvəl “LƏĞV ET” (CANCEL/İPTAL) düyməsinə basmağı tövsiyə edirlər. Bu sadə hərəkət bankomatın saxta bir sistemlə dəyişdirilib-dəyişdirilmədiyini anlamağın ən praktik yollarından biridir. ATM-ə quraşdırılan bəzi aparatlar bu düyməyə basıldıqda kilitlənir və ya qeyri-adi reaksiya verir. Beləliklə, tələnin varlığı asanlıqla anlaşıla bilir.

ATM-dən istifadə edərkən diqqət edilməli məqamlar:

Giriş hissəsini yoxlayın: Kart giriş bölməsində boşluq, oynama və ya qeyri-adi bir hissə fərq etsəniz, qətiyyən istifadə etməyin.

Düymə testi: Kartı taxmadan əvvəl “Ləğv et” düyməsinə basıb cihazın reaksiyasını müşahidə edin.

Ətrafınıza baxın: Ətrafınızda şübhəli şəxslər varsa, əməliyyatı təxirə salın və daha təhlükəsiz bir ATM seçin.

QR koddan istifadə edin: Mümkün qədər QR kod vasitəsilə əməliyyat aparmağa üstünlük verin.

Dərhal məlumat verin: Hər hansı qeyri-adi vəziyyətlə qarşılaşsanız, dərhal bankınıza zəng edin və vəziyyəti bildirin.\\milli.az

Chosen
10
2
konkret.az

3Sources