EN

Biz savaşdayıq, Qarret!- Tramp vurulan ABŞ qırıcılarından danışdı

Prezident Donald Tramp ikinci ABŞ təyyarəsinin İrandan vurulmasından sonra yerli mediaya açıqlama verib.

NBC News-a telefon müsahibəsində o, İran üzərində ABŞ hərbi təyyarələrinin vurulmasından sonra davam edən diplomatik proses barədə danışıb.

Hadisələrin İranla danışıqlara təsir edib-etməyəcəyi sualına ABŞ prezidenti "Xeyr, qətiyyən yox. Xeyr, bu müharibədir. Biz müharibədəyik, Qarret" cavabını verib.

Xatırladaq ki, bu gün ABŞ-ın ikinci təyyarəsi Hörmüz boğazında zədələnib."New York Times" qəzeti vurulan bu təyyarənin A-10 qırıcı təyyarəsi olduğunu bildirib.

Bu barədə ABŞ mediası xəbər yayıb. Bununla da bu gün vurulan ABŞ təyyarələrinin sayı ikiyə çatıb.

Chosen
33
aznews.az

1Sources