EN

"Zirə"nin baş məşqçisi: "Çalışacağıq ki, Çempionlar Liqasının da qalibi olaq"

Neçə illərdir bu yola çıxmışdıq və çempionluğu arzulayırdıq. Şükürlər olsun ki, nəhayət, bu qələbə bu gün bizə nəsib oldu.

Fanat.Az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan çempionatının qalibi olan “Zirə” klubunun baş məşqçisi Seymur Məmmədov deyib.

O, finalda “Birbaşa Bakı”ya 4:1 hesabı ilə qalib gəldikləri oyun barədə təəssüratlarını bölüşüb: “Əslində deməzdim ki, bu hesab sürpriz oldu və ya bu hesabla qələbəni gözləyirdim. Bildiyiniz kimi, rəqib komanda təkcə Avropada yox, dünyada da sayılıb-seçilən, ən güclü klublardan biridir. Hətta Çempionlar Liqasını da qazanıblar. Belə bir komandaya qarşı oynamaq və onları məğlub etmək hər bir komanda üçün böyük sevincdir”.

Baş məşqçi növbəti hədəflərdən danışıb: “Əlbəttə, çalışacağıq ki, Çempionlar Liqasının qalibi olaq. Orada uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Chosen
12
3
fanat.az

4Sources