EN

Əbu-Dabidə qaz kompleksinə hücum nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Əbu-Dabidəki qaz kompleksinə edilən hücumnəticəsində ciddi ziyan dəyib, bir nəfər həlak olub.

Trend xəbər verirki, bu barədə hökumətin mətbuat xidməti sosial media hesablarındaməlumat yayıb.

Məlumatda bildirilir ki, hava hücumundan müdafiə vasitələrininuğurlu müdaxiləsindən sonra qalıqların düşməsi nəticəsindəHəbşandakı qaz obyektində iki yanğın baş verib. Xilasetmə qruplarıyanğınları tez bir zamanda söndürərək vəziyyəti nəzarət altınaalıb.

Hadisə nəticəsində bir Misir vətəndaşı ölüb, ikisi Misir, ikisiisə Pakistan vətəndaşı olan digər dörd nəfər isə yüngül xəsarətalıb.

Chosen
68
az.trend.az

1Sources