EN

Qəbələdə təşkil edilən iməcilikdə könüllülər də iştirak edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ, 4 aprel, AZƏRTAC

Qəbələ şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti iməcilik keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qəbələ şəhər ərazisində keçirilən iməcilik zamanı magistral yollar, park və xiyabanlar təmizlənib, ağaclar budanıb, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınıb.

Tədbirdə idarə, müəssisələrin kollektivləri və rayon könüllüləri iştirak edib. Növbəti həftələrdə də belə iməciliklərin təşkili nəzərdə tutulur.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
55
azertag.az

1Sources