AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Senzor.az bildirir ki, bu barədə KİV-ə N.Tağıyevin vəkili Nemət Kərimli məlumat verib.
O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, ev alqı-satqısı sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olub. N.Tağıyev vətəndaşın 71 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.