EN

Britaniyada lotereya qalibi 10,6 milyon funt uduşu götürmədiyi üçün itirib

Bakı. Trend:

Böyük Britaniyada lotereya qalibi ona düşən 10,6 milyonfunt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtındagötürmədiyi üçün bu hüquqdan məhrum olub.

Trend "TheGuardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə millilotereyanın operatoru olan "Allwyn" şirkəti məlumat yayıb.

Şirkətin baş məsləhətçisi bildirib ki, London yaxınlığındakıBeksli bölgəsindən olan qalibi tapmaq üçün geniş axtarışlaraparılsa da, nəticə əldə olunmayıb: “Təsdiq edə bilərəm ki, biletsahibi uduşunu götürmək üçün müraciət etmədi və təəssüf ki,həyatını kökündən dəyişə biləcək bu böyük məbləği itirdi”.

Qeyd edək ki, sözügedən uduş ötən il oktyabrın 4-də keçirilmiştirajda oynanılıb. Qanunvericiliyə əsasən, qalibin pulu tələb etməküçün 180 gün vaxtı var idi. Bu müddət başa çatdığından vəsaitqaydalara uyğun olaraq xeyriyyə məqsədlərinə yönəldiləcək.

Chosen
61
az.trend.az

1Sources