EN

“Bavariya”nın idman direktoru Noyerin müqaviləsinin uzadılmasından danışıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Bavariya”nın idman direktoru Maks Eberl 40 yaşlı qapıçı Manuel Noyerin müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı suala cavab verib.

İdman.Biz bildirir ki, jurnalist Fabrizio Romano Eberlin X sosial media saytında dediyi sözləri sitat gətirib: “Əgər Manu razıdırsa, özünü yaxşı hiss edirsə, oynamağa hazırdırsa və gözləntilərimiz üst-üstə düşürsə, müqavilənin uzadılmasını təsəvvür edə bilərəm”.

Noyer bu mövsüm klubun heyətində bütün yarışlarda 29 oyun keçirib, 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb. Noyerin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 4 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources