EN

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu CƏDVƏL

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,116 milyard manat təşkil edib.Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 930 milyon manat və ya 1,9%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,4 milyard manat və ya 5,2% çoxdur.

 

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 39,191 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 882 milyon manat və ya 2,3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,7 milyard manat və ya 10,6% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 30,769 milyard manata bərabər olub.Bu, aylıq müqayisədə 910,2 milyon manat və ya 3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,6 milyard manat və ya 9,3% çoxdur.Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,859 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 315,5 milyon manat və ya 1,8%, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,8% çoxdur.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
2
bizim.media

3Sources