EN

Prezident İlham Əliyev: Çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin “X” sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”.

Chosen
11
21
azertag.az

10Sources