EN

Hava sürücüləri çətin durumda qoydu KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur.

Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

KONKRET.az xəbər verir ki, DYP sürücülərin bu şəraitdə diqqətli və məsuliyyətli davranmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qurumdan sürücülərə tövsiyə olunur:

Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;

Ara məsafəni qoruyun;

Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;

Yolun hərəkət hissəsinə qəfil çıxmayın;

Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
37
konkret.az

10Sources