Azərbaycan Basketbol Liqasında pley-in həyəcanı daha iki qarşılaşma ilə davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün azarkeşlər maraqlı oyunlara şahidlik edəcəklər.
İlk olaraq saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksində yerli "Gəncə" kollektivi "Lənkəran"ı qəbul edəcək.
Günün digər görüşü isə paytaxtda baş tutacaq. Saat 16:00-da Bakı İdman Sarayında NTD və "Sumqayıt" üz-üzə gələcək.