EN

Azərbaycanda kommunal borca görə məhkəməyə düşənlər üçün yeni qayda

Bakı. Trend:

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeniöhdəlik qoyulub.

Trend-inməlumatına görə, söhbət təbii qaz, su və elektrik enerjisindənistifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dairişlərdən gedir.

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyəgörə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlıişlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekunqərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinindayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbiiinhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpaedilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbuledilir.

Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbulolunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianınpredmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığınagörə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrikenerjisinin dayandırılmasının qadağan olunması barədə qərardadqüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlıxidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isəbu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdənyayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitləriningecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisarsubyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcunsilinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonraməhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeniborcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğləməhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadəedərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbiiinhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasibformada məhdudlaşdırılmasına səbəb olur.

Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onunhüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digərtərəfin (hazırkı halda təbii inhisar subyektinin)mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarınınməhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətiribçıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqətitəminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq ediləntədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfinhüquqlarının lüzumsuz məhdudlaşdırılması ilənəticələnməməlidir.

Digər tərəfdən “Elektrik enerjisindən istifadə Qaydaları”,“Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”nda hesabistehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir aymüddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırmahüququ nəzərdə tutulub.

Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrikenerjisindən istifadəyə görə hesablanmış borcunmübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunanmüvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianınpredmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməliolduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinintətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeniborclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətingöstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərəalınmalıdır.

Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticəhissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiqolunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsinialanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olanqeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdətəbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalatBirliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpaolunsun).

Məqalədə:
Chosen
32
22
az.trend.az

10Sources