EN

Moskvanın mərkəzində silahlı insident baş verib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvanın mərkəzində bir nəfərin yaralanmasıilə nəticələnən silahlı insident baş verib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Hadisə Solyanka küçəsində baş verib.

Məlumata görə, məişət zəminində iki kişi arasında mübahisəyaranıb və bu zaman hadisə yerində olan insanlar atəş səslərieşidiblər. Şahidlərdən biri binadan qaçaraq çıxıb və münaqişəiştirakçılarından birinin yaralı formada asfalt üzərində uzandığınıgörüb.

Yaralı xəstəxanaya göndərilib. Şübhəli şəxs saxlanılıb.

Kişinin siqnal fişəngi atan tapançadan atəş açdığı bildirilir.O, bardan qaçaraq çıxıb və havaya atəş açıb. Bunu döyüş tapançasıhesab edən yoldan keçənlərdən biri onun üzərinə hücum edib.

Rusiya Daxili İşlər Nairliyi hələ ki, məlumatıtəsdiqləməyib.

Məqalədə:
Chosen
34
3
az.trend.az

2Sources