Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
"Unikal" xəbər verir ki, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.
Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.
“Baku Open”in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.