EN

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində növbəti iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, əvvəlcə "Gəncə" "Lənkəran"la üz-üzə gələcək.

Qarşılaşma Gəncə Olimpiya İdman kompleksində, saat 14:00-da start götürəcək.

Günün son matçında NTD "Sumqayıt"la görüşəcək. Bu oyun Bakı İdman Sarayında saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda "Naxçıvan" "Sərhədçi"ni (98:87), "Şəki" "Quba"nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

Chosen
0
3
ikisahil.az

4Sources