EN

XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb

Azərbaycan minaların yaratdığı ağır humanitar nəticələrin aradan qaldırılmasına sadiqliyini bir daha bəyan edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə bağlı “X” sosial media platformasında paylaşımında bildirib.

Nazirliyin məlumatına görə, ölkədə minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaradır, bərpa və yenidənqurma işlərinə mane olur, həmçinin məcburi köçkünlərin təhlükəsiz qayıdışını çətinləşdirir.

XİN qeyd edib ki, Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələrdən biri olaraq qalır.

Nazirlik beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və mina qurbanlarına dəstəyin artırılmasına çağırıb.

Bildirilib ki, minasız gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacibdir.

Chosen
0
1
anews.az

2Sources