
Xəzər dənizində zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.
Məlumata görə, Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.