EN

Tərtər işi üzrə daha bir qərar Zərərçəkmiş hərbçiyə təzminat ödəniləcək

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.

Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə "Tərtər işi" üzrə istintaq yeniləndikdən sonra isə o, da zərərçəkmiş qismində tanınıb.

Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğuni bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.

Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etirazını iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırıb.

Nəsimi Rayon Məhkəməsi yekunda iddianı qismən təmin edib. Vüsal Abdullayevə vəkil xərcləri ilə birlikdə 16 min manat təzminat ödənilməsinə qərar verilib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
20
news.milli.az

10Sources