EN

“Tərtər işi”ndə zərərçəkən MAXE – Bu qədər təzminat alacaq


2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.
Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra isə o da zərərçəkmiş qismində tanınıb.
Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğunu bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.
Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etiraz iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırılıb.
Chosen
11
22
yeniavaz.com

10Sources