EN

Prezident İlham Əliyev Seneqal Prezidentinə məktub ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev SeneqalRespublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubuünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günümünasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan vəAzərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımıçatdırıram.

İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluqmünasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfliqaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgəsəylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daiməmin-amanlıq və rifah diləyirəm".

Chosen
29
44
az.trend.az

10Sources