Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Türkiyənin şərqində yerləşən və İranla həmsərhəd olan Van vilayətində 5,1 maqnitudalı zəlzələ olub.
AZƏRTAC Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 8:52-də qeydə alınan yeraltı təkanların episentri Tuşba rayonunda olub.
Zəlzələnin episentri təxminən 7 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.