EN

Göygöldə Aprel döyüşlərinin 10 illiyi münasibətilə tədbir keçirilib FOTOLAR

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Göygöldə Aprel döyüşlərinin 10 illiyi münasibətilə tədbir keçirilib. İlk öncəAprel döyüşləri şəhidiSərxan Bağırovun və birinci Qarabağ müharibəsi şəhidi Eldar Əsgərovun məzarları Göygöl rayonu Əlimədədli kəndində ziyarət olunub.

Ziyarətdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl Rayon təşkilatının sədri Vüqar İsayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərinəziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub.

Sonra tədbir Göygöl Gənclər Evində "Aprel döyüşləri möhtəşəm Zəfərə yol açdı" mövzusunda keçirilən dəyirmi masa ilə davam edib.

TədbirzamanıAzərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Aprel döyüşləri şəhidi Sərxan Bağırovun anası Aytəkin Bağırova, Şəhid atası Müşfiq Abbasov, Aprel döyüşlərinin iştirakçısı Sadiq Abbaszadə, YAP Göygöl Rayon təşkilatının əməkdaşı Semur Əsgərov, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, müharibə iştirakçıları Sərdar Balayev, Allahverdi Yusifov və digər natiqlər çıxış ediblər.

Çıxışlarda tarixə qəhrəmanlıq salnaməsi kimi tarixə düşən Aprel döyüşləri zamanı, mühüm strateji yüksəkliklər daxil olmaqla 2 min hektardan artıq ərazinininErməni təcavüzkarından azad olunmasından, Aprel döyüşlərinin dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərməsindən və torpaqlarımızın döyüş yolu ilə azad olunmasına inamı artıraraq Möhtəşəm Zəfərə yol açmasından bəhs olunub.Müzəffər Ali baş Komandandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xalq-Prezident-Ordu birliyi hesabına 44 günlük Vətən Müharibəsində qazanılanşanlı Qələbənin tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasından, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib və bununla Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsaslı zəmin yaradılıb. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını xatırladan natiqlər bunun müasir tariximizin ən şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər.

Tədbirdə Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
50
sesqazeti.az

10Sources