EN

ABŞ xüsusi təyinatlıları İrana daxil olub - Telegraph

İranda vurulan ABŞ qırıcısının itkin düşmüş ikinci heyət üzvünün tapılması üçün keçirilən əməliyyatda ABŞ xüsusi təyinatlıları (spetsnaz) iştirak edir.

Ölkə.Az-ın məlumatına görə, bu barədə “Telegraph” nəşri xəbər verir.

Agentliyin məlumatına görə, heyətin birinci üzvü iki ABŞ helikopteri və yanacaqdolduran təyyarələrin iştirakı ilə keçirilən əməliyyat zamanı xilas edilib. Hər iki helikopter İran qüvvələri tərəfindən zədələnsə də, təhlükəsiz şəkildə yerə enə bilib.

Xatırladaq ki, aprelin 3-də İranın HHM qüvvələri ABŞ qırıcısını vurub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bunun biryerlik "F-35" olduğunu iddia etsə də, "CNN" və "Axios" agentlikləri İran mediasının yaydığı fotoları təhlil edərək, vurulan təyyarənin ikiyerlik "F-15 Strike Eagle" olduğu qənaətinə gəliblər.

Heyət üzvlərindən biri artıq təxliyə olunub, ikincisinin axtarışları isə davam edir. Tehran ABŞ hərbçisinin İran tərəfindən tapılacağı təqdirdə "mükafat" veriləcəyini elan edib və bu barədə milli televiziyada məlumat yayıb.

Ağ Ev və Pentaqon təyyarənin itirilməsi ehtimalını rəsmən şərh etməsə də, Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Prezident Donald Tramp vəziyyət barədə məlumatlandırılıb.

Eyni gündə münaqişənin dayandırılması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib: "Fars" agentliyinin məlumatına görə, İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib. Tramp "NBC News"a müsahibəsində axtarış-xilasetmə əməliyyatını müzakirə etməkdən boyun qaçırsa da, bu hadisənin İranla danışıqlara təsir etməyəcəyini qeyd edib.

Chosen
61
22
olke.az

10Sources