EN

"Barselona" onu 45 milyon avroya almaq istəyir

"Barselona" klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün ilk addımını atıb.

Publika.az "Football Italia"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçu üçün 45 milyon avro təklif etsə də, Milan klubu bu rəqəmlə razılaşmayıb.

"İnter"in müdafiəçisini 60 milyon avrodan aşağı məbləğə satmağı planlaşdırmadığı, "Barselona"nın italyan oyunçuya illik təxminən 7 milyon avro maaş təklif etməyə hazır olduğu bildirilir. Hazırda Bastoni "İnter"də illik xalis 5 milyon avro qazanır.

Chosen
39
50
publika.az

10Sources