Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.
Publika.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.
Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.