EN

Gəncədə cüdo üzrə Avropa Kuboku başlayıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 4 aprel, AZƏRTAC

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

AZƏRTAC xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşəcək Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
24
azertag.az

10Sources