EN

Deputat kitablarını rayon kitabxanasına bağışlayacaq

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UNEC-in rektoru Ədalət Muradovun Qarabağ Universitetinə kitab hədiyyəsi təşəbbüsü cəmiyyətdə geniş rezonans doğurmaqda davam edir. Bu təşəbbüsə qoşulanların sayı da getdikcə artır.

Modern.az-a açıqlamasında deputat, bəstəkar Novruzəli Aslanov bildirib ki, o da artıq şəxsi kitabxanasından hədiyyə edəcəyi kitabları toplamağa başlayıb:

“Mən artıq şəxsi kitabxanamdan hədiyyə edəcəyim kitabları toplamağa başlamışam və demək olar ki, bu işi başa çatdırmaq üzrəyəm”, – deyə o qeyd edib.

Deputatın sözlərinə görə, əvvəlcədən verdiyi sözə əsasən, həmin kitabları İsmayıllı rayon kitabxanasına təqdim edəcək:

“Bu kitabları İsmayıllı rayon kitabxanasına təhvil verəcəyəm. İnşallah, gələn həftə bu prosesi yekunlaşdıracağam”, – deyə Aslanov bildirib.

N. Aslanov təşəbbüsün əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, bu cür addımlar cəmiyyət üçün olduqca dəyərlidir və ziyalılar belə təşəbbüslərə daha fəal dəstək verməlidirlər. O, həmçinin təşəbbüs müəllifinə təşəkkür edib, digər deputatların da bu istiqamətdə fəallıq göstərdiyini xatırladıb:

 “Çox dəyərli bir işdir. Hesab edirəm ki, hər bir ziyalı bu cür təşəbbüslərə qoşulmalıdır. Ədalət müəllimə təşəkkür edirəm. Bundan əvvəl hörmətli deputat Aqil Abbas da belə bir təşəbbüs göstərmişdi, Fazil müəllim də bu işdə çox aktivdir. Hər kəsə uğurlar arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
modern.az

1Sources