EN

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 148,332 milyon manat sığorta haqqı toplanılıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 % azdır.Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 25 % artaraq 47,664 milyon manata çatıb.Beləliklə, yanvarda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 24,6 manat olub.Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.

Chosen
9
22
metbuat.az

10Sources