EN

Bosniya və Herseqovina millisinin üzvü Milan ın hədəfində

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

PSV-nin futbolçusu Esmir Bayraktareviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" bosniya və herseqovinalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Rossoneri" Bayraktareviçi bir neçə aydır yaxından izləyir. A Seriyası nəhəngi yayda 21 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, PSV Esmir Bayraktareviçi 2025-ci ilin yanvarında ABŞ-nin "Nyu-İnqlend Revolyuşn" klubundan 3 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
44
sportal.az

10Sources