EN

Putin Yaxın Şərqlə bağlı 10 dan çox telefon danışığı aparıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən bu yana bir ay ərzində bu mövzu ilə bağlı 10-dan çox telefon danışığı həyata keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı hesablamalara istinadən məlumat verilib.

Danışıqların əksəriyyəti birbaşa münaqişəyə cəlb olunmuş ölkələrin nümayəndələri ilə olub. Putin bir neçə dəfə İran Prezidenti Məsud Pezəşkianla danışıb. 9 martda ABŞ Prezidenti Donald Trampla telefon danışığı baş tutub.

Bundan əlavə, Putin Körfəz Ərəb Dövlətlərinin – Bəhreyn, Qatar, BƏƏ (üç dəfə), Səudiyyə Ərəbistanı (iki dəfə) – liderləri ilə də danışıb. Bu ölkələrdə ABŞ hərbi obyektlərinə zərbələr endirilib. Putin İranı bu zərbələr barədə ərəb ölkələrinin dərin narahatlığı ilə tanış edəcəyini vəd edib. Kremlin vurğuladığı kimi, Rusiya Prezidenti Yaxın Şərqdə gərginliyin azalmasına nail olmaq üçün bütün mümkün səyləri göstərir.

Məsələ xüsusilə Misir, Türkiyə və Azərbaycan liderləri ilə telefon danışığında ətraflı müzakirə olunub. Eyni zamanda, Özbəkistan, Macarıstan və Serbiya rəhbərləri ilə aparılan digər danışıq məqamlarında da bu mövzu qaldırılıb.

Rusiya Strategik Tədqiqatlar İnstitutunun direktor müşaviri Vladimir Fitin bildirib ki, bu cür telefon diplomatiyası Rusiyanın mümkün vasitəçi kimi qəbul edildiyini göstərir.

“Rusiya Yaxın Şərqdə davam edən bütün münaqişələrdə, xüsusən İsrail-Fələstin münaqişəsində həmişə vasitəçi rolunda olub, həll yolları təklif edib. Məncə, bu ənənələr qorunur və bütün ərəb ölkələri Rusiyanı bu qitədə ciddi münaqişələrin həllində vacib element kimi görür”, – deyə ekspert qeyd edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
icma.az

1Sources