EN

İranda neft-kimya kompleksinə hava zərbələrində 5 nəfər yaralanıb - YENİLƏNİB

İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr şəhərindəki neft-kimya kompleksinə və xüsusi neft-kimya zonasının ərazisinə hücumlar nəticəsində ən azı beş nəfər yaralanıb.

Xuzistan vilayətinin qubernator müavini Valiollah Hayati “Tasnim” agentliyinə verdiyi açıqlamada deyib ki, “zərbələr nəticəsində 5 nəfər yaralanıb, lakin ölüm hallarının olub-olmadığı hələ məlum deyil”.

Eyni zamanda İsrail təhlükəsizlik mənbələri təsdiqləyir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

***

12:43

İranın cənub-qərbində Mahşəhr şəhərindəki neft-kimya kompleksinə hava zərbələrindən sonra güclü partlayış baş verib.

Bu barədə Fars News məlumat yayıb.

Məlumata görə, Xuzistan vilayəti təhlükəsizlik üzrə rəhbərliyi Mahşəhr xüsusi neft-kimya zonasında baş verən partlayışı təsdiqləyib.

Bildirilib ki, zərbələr nəticəsində xüsusi iqtisadi zonada yerləşən bir neçə müəssisə hədəfə alınıb və ərazidə yanğın müşahidə olunur.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən itkilər və zərərin miqyası barədə hələlik məlumat açıqlanmayıb.

Chosen
12
50
apa.az

10Sources