EN

Bu ərazilərə qar yağmağa başladı

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aprelin 4-ü saat 13:00 olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa, Kürdəmir, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Gəncə, Sədərək, Şərur, Naftalan, Goranboy, Ağdam, Mingəçevir, Sabirabad, İmişli, Quba, Qusar, İsmayıllı, Bərdə, Daşkəsən, Şəmkir, Göyçay, Şəki, Zaqatala, Balakən, Yevlax, Qəbələ, Oğuz, Ağsu, Xızı, Xaltan, Tərtərdə yağış, Xınalıq və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevir, Goranboyda 23, Naftalanda 22, Bakıda və Abşeron yarımadasında, o cümlədən Tovuz, Ağdam, Kəlbəcər, Culfada 18, Sabirabad, Cəlilabad, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.

Chosen
12
12
metbuat.az

10Sources