EN

Nizami Kino Mərkəzi üçün boya sifariş edildi – FOTO

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində işlərə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Vandalizm

Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən tapşırığa əsasən hazırda qurumun mütəxəssisləri əraziyə cəlb olunublar və bərpa prosesi aktiv şəkildə davam edir.

Qeyd olunub ki, yazılar olan hissələrdə divarların zədələnmiş üst qatı səliqə ilə sökülüb, binanın orijinal rənginə uyğun boya çaları müəyyənləşdirilərək sifariş edilib:

“Hazırda divara vurulan ağ rəng görənləri çaşdırmasın. Yaxın günlərdə orijinal rəng sifarişlə gələcək və məhz həmin rənglə binanın əvvəlki estetik görünüşü tam bərpa olunacaq. Bu cür obyektlər ümumi memarlıq irsinin bir hissəsi olmaqla yanaşı, Bakının tarixinin də ayrılmaz parçasıdır. Tarix isə kənar müdaxilələrdən qorunmalı, gələcək nəsillərə əmanət edilməlidir”.\\oxu.az

Vandalizm

Vandalizm

Chosen
20
nocomment.az

1Sources