EN

Buşehr AES-ə zərbələrdə təhlükəsizlik əməkdaşı ölüb

İranda Buşehr Atom Elektrik Stansiyasının əməkdaşı stansiyanın hasarına dəyən mərminin partlaması nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

“Bu gün səhər mərminin stansiyanın qoruyucu hasarına dəyməsi nəticəsində binalardan birinə ziyan dəyib. Təəssüf ki, təhlükəsizlik xidməti əməkdaşlarından biri ölüb. Bu, son müharibə dövründə Büşer AES-ə edilən dördüncü hücumdur. Elektrik stansiyasının əsas hissələri zərər görməyib”, - açıqlamada deyilir.

Chosen
27
50
apa.az

10Sources