BAKI, 4 aprel. TELEQRAF
Roma Papası XIV Lev müharibə və zorakılığı əsaslandırmaq üçün dini ritorikadan istifadəni kəskin pisləyib.
Teleqraf xəbər verir ki, o bu barədə Müqəddəs Pyotr meydanında keçirilən xütbəsində deyib.
“Tanrı müharibə aparan və əlləri qanlı olanların dualarını eşitmir,” – deyə o bildirib.
Pontifik dünya liderlərini sülh yolu axtarmağa və münaqişələri dayandırmağa çağırıb, dini hərbi səfərbərlik üçün vasitə kimi istifadə etməməyə səsləyib.