EN

C130 tipli hərbi təyyarə qəzası ilə bağlı “düyünlər açılır”

ain.az bildirir, Sherg.az portalına istinadən.

Ankara Şəhər Prokurorluğunun məlumatına görə Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsinə hər hansı kənar müdaxilə olmayıb.

Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib.

Məlumata görə, təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir.

Məlum olduğu kimi, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Həmin hadisədən sonra müxtəlif ssenarilər meydana çıxdı, fərqli versiyalar müzakirə olundu. Və təbii ki, mümkün ehtimallar arasında təxtribat da var idi. Bu konteksdə Rusiyanın proseslərdəki iştirakı da istisna edilmirdi. 

Ankara Şəhər Prokurorluğunun yaydığı məlumat təbii ki, xeyli dərəcədə şübhələri aradan qaldırır. Hər halda texnikanın təbii səbəblərdən qəzaya uğraması da tamamilə mümkündür. Eyni zamanda bu açıqlama Azərbaycan- Türkiyə- Gürcüstan- Rusiya dördbucağında qarşılıqlı gərginliyin azaldılması baxımından da əhəmiyyətli ola bilər. 

Təbii ki, bu, hələ yekun nəticə deyil və bildirildiyi kimi araşdırma davam edir. Proqnozlaşdırmaq olar ki, yekun nəticə də yaxın zamanda elan olunacaq və hansısa kənar müdaxilənin olmadığı bildiriləcək. 

Kənan Novruzov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
7
sherg.az

9Sources