EN

“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq

23 may 2026-cı il tarixində  “Vulkan” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı və balansın təsdiqi.

2. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının növbədənkənar formalaşması (direktorlar şurası, idarə heyətinin və təftiş komissiyasının seçilməsi).

3. Səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditor yoxlaması ilə əlaqədar müstəqil auditor təyin edilməsi haqqında.

4. Digər məsələlər.

Yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən səhmdar cəmiyyətin inzibati binasında keçiriləcək. 

Chosen
10
3
fed.az

4Sources