EN

"ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinin binası yararsız vəziyyətə düşüb"

BAKI, 4 aprel. TELEQRAF

ABŞ-nin Səudiyyə Ərəbistandakı səfirliyinə martın 3-də İranın pilotsuz təyyarəsi tərəfindən edilən hücumu nəticəsində binaya ciddi ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinə adı açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

Qeyd edilir ki, binanın bəzi hissələrinin bərpası mümkünsüzdür.

Qəzetin məlumatına görə, səfirliyin binasına zərbələrdə iki drondan istifadə edilib. Qəzet yazır ki, səfirliyin içərisindəki Mərkəzi Kəşfiyyat İdarəsinin ofisi də daxil olmaqla üç mərtəbəyə ziyan dəyib.Hücumdan sonra yanğını söndürmək "yarım gün" çəkib. Bir mənbəyə görə, binanın bəzi hissələri təmirə yararsız hala düşüb.

Chosen
30
35
teleqraf.com

10Sources