Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.
Paxıllıq hissi insana xasdır. Amma elə bürclər var ki, paxıl olmasalar da, onların paxıllığını çəkən çoxdur. Bu bürc altında döğulanlar xəbis insanlardan tez-tez zərbə alırlar.
AZXEBER.COM insanların ən çox paxıllığını çəkdiy 4 bürcü təqdim edir:
Liderlik xüsusiyyətlərinə malik olan qoçlar yaxşı insan sayılır. Onlar bəzən mənəm-mənəmlik etsələr də, heç kimin pisliyini istəmirlər. Ürəyitəmizdirlər. Tez uğur qazanırlar. Bu xüsusiyyətləri onları hədəfə gətirir. Qoçların uğurlarinı qısqanan, onların paxıllığını çəkən saysız-hesabsiz adam var. Bir az qapalı davranmaları tövsiyə olunur.
Tərəzi
Tərəzilər xeyirxah olurlar. Başqalarına pislik etmək onlara yad olan xüsusiyyətdir. Hər kəsi özləri kimi saf qəlbli, xoş niyyətli bilirlər. Buna görə də hamıya ürəklərini açırlar. Saf qəlbli olduqları uçün uğurlarını başqaları ilə bölüşməyi sevirlər. Bu səbəbdən onların paxıllığını çəkən çox olur. Sadəlövh olduqları üçün dost dedikləri adamdan tez-tez zərbə alırlar.
Əqrəb
Bu bürc altında doğulanlar həyatda cılğın, sevgidə ehtiraslı olurlar. Dost kimi etibarlı, həyat yoldaşı kimi sədaqətlidirlər. Cılız hisslərdən, xırda intriqalardan uzaqdırlar. Başqalarının uğuruna görə məyus olmurlar. Bir məsələdə bəxtləri gətirməyib: təkcə yad adamlar deyil, hətta qohumları, dostları da onların paxıllığını çəkir. Məsləhətdir ki, uğurlarını başqaları ilə bölüşməsinlər.
Oğlaq
Emosional olurlar, tez hirslənirlər. Amma kinli deyillər. Buna görə də kiməsə qarşı haqsızlıq edəndə tez peşman olurlar. Badqalarının fikirlərinə çox da əhəmiyyət vermirlər. Dedi-qodu, yersiz söz-söhbət onları hədəflərindən yayındıra bilmir. Qarşıya qoyduqları məqsədə doğru inamla irəlilədikləri üçün oğlaqların paxıllığını çəkən çox olur. Dost dedikləri adamdan zərbə alanda tez həvəsdən düşürlər.
Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.