EN

İran öz səfirliklərinə hücumlar olacağı təqdirdə İsrailə cavab zərbələri barədə xəbərdarlıq edib

İranda öz səfirliklərinə hücum ediləcəyi təqdirdə İsrailin diplomatik obyektlərinə mümkün zərbələr barədə xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi İran silahlı qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahına istinadən məlumat yayıb.

"İsrailin İran səfirliklərinə hər hansı hücumu regiondakı bütün İsrail səfirliklərini İran silahlı qüvvələri üçün qanuni hədəfə çevirəcək", - bəyanatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Chosen
5
50
musavat.com

4Sources