EN

Bakıdakı “AGF Trophy”də ilk mükafatçılar bəlli olub

Bakı 4 aprel, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə ilk mükafatçılar bəlli olub.

Gənclər kateqoriyasında Qazaxıstan komanda hesabında birinci yeri tutub.

AİN-2 (Neytral Statuslu İdmançılar) ikinci, AİN-1 isə üçüncü pillədə qərarlaşıb.

Azərbaycanı bu turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.

İlk günün təsnifat mərhələsinə əsasən halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə yüksəliblər.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev
Fotoqraf - İlqar Cəfərov
Chosen
14
6
azertag.az

10Sources