Klaudio Jiraldes baş məşqçisi olduğu “Selta” ilə müqaviləsini yeniləyib.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı ispaniyalı mütəxəssisin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Jiraldes komandanı 2024-cü ildən çalışdırır.
“Selta” La Liqada 29 turdan sonra 41 xalla turnir cədvəlində 6-cı yeri tutur.