EN

İstanbulda Səyyar ASAN xidmət Azərbaycan vətəndaşları üçün 3 günlük xidmət göstərilib

Azərbaycanın İstanbulda Baş Konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilib.

"Far.Az"un Türkiyə bürosuna Baş Konsulluqdan verilən məlumata görə, Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş Konsulluğunun rəsmi internet səhifəsində yerləşdirilib.

Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu üçün şərait yaradılıb.

Baş Konsulluqdan verilən məlumatda qeyd olunub ki, layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Chosen
1
11
far.az

10Sources